“Qarabağ”ı düşünmək istəmirəm” - “Neftçi”dən bizə deyildi

12 Fevral 22:20 Milli komanda 198
“Qarabağ”ı düşünmək istəmirəm” - “Neftçi”dən bizə deyildi

“Neftçi”nin legioneri İfeanti Metyu Sportinfo.az-a müsahibə verib.

29 yaşlı nigeriyalı yarımmüdafiəçi komandasının “Qəbələ” üzərində qələbəsini şərh edib, komandadakı dəyişikliklərdən danışıb, “Qarabağ”la oyunun təxirə salınması ehtimalına fikir bildirib.

- İki oyunda 6 xal. Paltardəyişmə otağında canlanma hiss olunur, yoxsa hələ də sakitlikdir?

- Əlbəttə, hər birimiz xoşbəxtik. Bəzi matçları üstün keçirsək də, 3 xal istəyimizə çata bilməmişdik. Son iki oyunda istədiyimizi əldə etməyimiz, çəkdiyimiz əziyyətin bəhrəsini görməyimiz bizi sevindirir.-

- “Neftçi” son 5 görüşdə 15 mümkün xaldan 11-ni qazanıb ki, bu gün üçün yaxşı göstəricidir. Nə dəyişib?

- Mövsümün başlanğıcında komandada deyildim deyə, nələrin baş verdiyini deyə bilmərəm. Son oyunlarda yaxşı nəticələr qazanmağımız motivasiya ilə bağlıdır. Xətlərarası əlaqənin düzəlməsi, çətinliklərin aradan qaldırılması üçün Əbu-Dabidəki toplanış əla fürsət oldu.

- Fevralın 21-də “Qarabağ”la matçınız var. Lakin qarşı tərəf Çempionlar Liqasındakı qarşılaşmaları nəzərə alıb oyunun başqa vaxta keçirilməsini istəyir. Buna münasibətin necədir?

- Bəlkə də onların özlərinə görə üzrlü səbəbləri var. Bu barədə nəsə deyə bilmərəm. Bu, klubların və çempionatı təşkil edən qurumun arasında olan məsələdir.

- Sürət yığdığınızı nəzərə alsaq, iki həftə futbolsuz qalmağınız siz futbolçulara necə təsir edəcək?

- Təbii ki, oynamağa hazırıq. Lakin indidən “Qarabağ”la matçı düşünmək istəmirəm. Çünki qarşıda “Kəpəz”lə vacib görüşümüz var.

- Razılaşaq ki, “Kəpəz”i məğlub etsəniz, bu, ardıcıl üçüncü qələbə olacaq və “Qarabağ”la prinsipial dueldə xal və ya xallar qazanmaq şansınız arta bilər.

- Təbii, yaxşı imkan olardı. Dediyim kimi, bu dəqiqə “Kəpəz”i düşünürük. Qələbə qazanmağımız “Qarabağ”la matçöncəsi bizə önünəinam verəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!
12 Fevral 03:20 Premyer Liqada 100-cü...
12 Fevral 02:00 Bizi bağışla, Nəriman!