AFFA aşağı yaş qrupları üzrə millilərdə yeniliklər edəcək.
Bu barədə saytımıza federasiyadan bildirilib.
Qurumdan redaksiyamıza daxil olan informasiyaya görə, «U-lar»ı çalışdıracaq məşqçilərlə 3 aylıq müqavilə imzalanıö.
Bütün sözləşmələr martın 31-dək qüvvədə olacaq. Ondan sonra islahatlara start veriləcək.
Yeni kontraktların belə qısamüddətli bağlanması isə müxətlif amillərlə əlaqədardır.
Belə ki, yığmaları həm bu ay, həm də martda müxtəlif beynəlxalq turnirlər gözləyir. Həmin period bitəndən sonra qərar veriləcək ki, hansı komandanın baş məşqçiləri dəyişəcək, hansının yox.
Məlumunuz olsun ki, AFFA U-19-u İlham Yədullayevə həvalə edib. Aqil Nəbiyev U-17-də işləyəcək.
Ramin Quliyevin U-16-da fəaliyyət göstərməsi gündəmdədir. U-15 isə Aleksey Qrossun sərəncamında olacaq.
SPORTİNFO.AZ

