Azərbaycan yığmasına maraqlı olan XƏBƏR - İlk dəfə “ayaq açacaqlar”

01:20 Milli komanda 144
Azərbaycan yığmasına maraqlı olan XƏBƏR - İlk dəfə “ayaq açacaqlar”

Martda Azərbaycanda keçiriləcək “FIFA Series – 2026”ya qatılacaq Sent Lusiya yığması ilki reallaşdıracaq.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Stern Conun baş məşqçisi olduğu komanda XXI əsrdə ilk dəfə Avropaya səfər edəcək.

KONKAKAF iştirakçısı 2001-ci ildən bəri heç vaxt “köhnə dünya”ya səfər etməyib.

Sent Lusiya martda Azərbaycan, Oman və Sierra Leone ilə mübarizə aparacaq. KONKAKAF komandası XXI əsrdə yalnız bir dəfə Avropa komandası ilə qarşılaşıb. Sent Lusiya 2022-ci ildə San Marino ilə evdə iki yoxlama oyunu keçirib (1:1, 1:0).

“FIFA Series – 2026” martın 23-30-u aralığında keçiriləcək. Yarış yarımfinal və final formatında təşki olunacaq.

İlk oyun gününün qalibləri finalda, məğlublar isə 3-cü yer uğrunda matçda qarşılaşacaqlar. Yarışın təqvimi hələ açıqlanmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq