Azərbaycan millisinə aid bu məlumat yayıldı

03:00 Milli komanda 78
Azərbaycan millisinə aid bu məlumat yayıldı

“FIFA Series 2026”nın tarixi müəyyənləşib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycanda keçiriləcək turnirin də təxmini müddəti bəlli olub.

8 fərqli ölkədə baş tutacaq yarış beynəlxalq pəncərəni – 23-30 mart aralığını əhatə edəcək. Ümumilikdə 36 komanda məhz bu müddət ərzində turnir çərçivəsində oyunlar keçirəcəklər.

Misli Premyer Liqasında 25-ci turun matçları 20-22 mart tarixlərində keçiriləcək. Bu isə o deməkdir ki, millimiz martın 23-də turnirin hazırlığına başlayacaq.

Ayxan Abbasovun yetirmələri Oman, Sierra Leone və Sent Lusiya yığmaları ilə mübarizə aparacaq.

“FIFA Series” yarımfinal və final formatında keçiriləcək. İlk oyun gününün qalibləri finalda, məğlublar isə 3-cü yer uğrunda matçda qarşılaşacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Fevral 18:10 Çək və bizə göndər!
7 Fevral 02:20 0:6 hesabı ilə uduzduq