Yığmamız Rusiya və Özbəkistan ilə qarşılaşacaq

02:50 Milli komanda 68
Yığmamız Rusiya və Özbəkistan ilə qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İnkişaf Kuboku turnirində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, U-17 millimiz 19-24 fevral tarixlərində Belarusun paytaxtı Minskdə beynəlxalq turnirdə mübarizə aparacaq.

Komandamızın rəqibləri də məlumdur. Aqil Nəbiyevin yetirmələri ilə yanaşı, Qazaxıstan, Belarusun U-17 və U-16 komandaları, həmçinin Tacikistan, Rusiya, Azərbaycan, Özbəkistan və Minsk yığmalarının da turnirdə qüvvəsini sınayacağı dəqiqdir.

B qrupunda yer alan U-17 millimiz fevralın 19-da Rusiya, 20-də Özbəkistanla, 21-də isə Belarusun U-16 yığması ilə qarşılaşacaq. Fevralın 23-də isə yarışın son oyunları keçiriləcək.

Qrupların qalibləri çempionluq, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri 5-ci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda üz-üzə gələcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 18:50 Çək və bizə göndər!
5 Fevral 04:30 "Neftçi" buna sevindi