Azərbaycan millisi 1-ci səbətdə yer alacaq - AVRO-2026-da

01:10 Milli komanda 120
Azərbaycan millisi 1-ci səbətdə yer alacaq - AVRO-2026-da

Avropa Minifutbol Federasiyası 27 may - 4 iyun tarixlərində Slovakiyada keçiriləcək AVRO-2026-nın püşkatması üçün səbətləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandası Slovakiya, Rumıniya, Serbiya, Qazaxıstan və Bolqarıstanla birlikdə 1-ci səbətdə yer alıb.

Digər səbətlər aşağıdakılardır:

2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;
3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;
4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya

Püşkatma 27 fevralda Bratislavada keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 18:50 Çək və bizə göndər!
5 Fevral 04:30 "Neftçi" buna sevindi