Ölkəmizdə daha bir millini kimin çalışdıracağı dəqiqləşib.
15 yaşadək futbolçulardan ibarət yığmanın yeni baş məşqçisi Aleksandr Qross olub.
Onunla soradan müddəti uzadılmaq şərtiylə 3 aylıq müqavilə imzalanıb.
Qross futbolçu karyerası ərzində Bakı "İnter"ində, "Sumqayıt" və "Neftçi"də çıxış edib, Keçmiş müdafiəçi U-15, U-17, U-19 və U-21 millilərinə dəvət alıb.
Məşqçi kimi isə "Sabah" və "Neftçi"nin aşağı yaş qruplarında çalışıb. Qrossun son iş yeri U-18 (2008-ci il təvəllüdlülər) millisində olub. O, İlham Yadullayevin məşqçi korpusunda yer alıb.
"Pro" kateqoriyalı məşqçilik kursuna da qatılan gənc mütəxəssis hazırda da MOİK-də İ.Yadullayevin köməkçisidir.
Həmçinin Aqil Nəbiyev bu ili də millidə keçirəcək. AFFA gənc mütəxəssislə əməkdaşlığı davam etdirməyi lazım bilib.
Son olaraq U-15 və U-16 yığmalarını çalışdırmış Nəbiyev U-17-nin sükanı arxasına keçirilib.
Onunla müddəti sonradan uzadılmaq şərtiylə 3 aylıq müqavilənin imzalanması qərara alınıb.
Federasiya rəhbərliyi həmçinin iki komandanın baş məşnçisinin kimliyinə aydınlıq gətirib. U-19 İlham Yədullayevə həvalə olunub.
Ramin Quliyev isə U-16-da fəaliyyət göstərəcək.
Ötən ilin oktyabrında müvəqqəti baş məşqçi olaraq U-21-ə gətirilən Rəşad Eyubov isə bu posta təsdiqlənib -ə onunla 2026-cı ilin sonunadək kontrakt bağlanıb.
SPORTİNFO.AZ

