AFFA-dan növbəti qərar - Bu millini kimə tapşırdılar?

14:40 Milli komanda 290
AFFA-dan növbəti qərar - Bu millini kimə tapşırdılar?

Aqil Nəbiyev bu ili də millidə keçirəcək.

AFFA gənc mütəxəssislə əməkdaşlığı davam etdirməyi lazım bilib.

Son olaraq U-15 və U-16 yığmalarını çalışdırmış Nəbiyev U-17-nin sükanı arxasına keçirilib.

Onunla müddəti sonradan uzadılmaq şərtiylə 3 aylıq müqavilənin imzalanması qərara alınıb.

Federasiya rəhbərliyi həmçinin iki komandanın baş məşnçisinin kimliyinə aydınlıq gətirib. U-19 İlham Yədullayevə həvalə olunub.

Ramin Quliyev isə U-16-da fəaliyyət göstərəcək.

Ötən ilin oktyabrında müvəqqəti baş məşqçi olaraq U-21-ə gətirilən Rəşad Eyubov isə bu posta təsdiqlənib -ə onunla 2026-cı ilin sonunadək kontrakt bağlanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti