AFFA yığmanın sükanını kimə tapşıracağını məyyənləşdirdi

14:40 Milli komanda 288
AFFA yığmanın sükanını kimə tapşıracağını məyyənləşdirdi

AFFA 19 yaşadək futbolçulardan ibarət millinin yeni baş məşqçisinin kimliyini müəyyənləşdirib.

Federasiya sözügedən komandanı İlham Yədullayevə tapşırıb.

Onunla 1+1 illik müqavilə şərtləri razılaşdırılıb.

Daha öncə aşağı yaş qrupları üzrə yığmalarda çalışmış mütəxəssisin köməkçiləri də məlumdur. Hüseynqulu Quliyev və Araz Qulamov korpusda yer alacaq.

Buna qədər U-19-un sükanı arxasında dayanmış Elxan Abdullayev isə uzun fasilədən sonra «Neftçi»yə qayıdıb.

O. bu dəfə məşqçi olaraq paytaxt klubuna dönməyib. Mütəxəssis futbol akademiyasının koordinatoru vəzifəsinə təyinat alıb.

Bu post bir neçə ay idi ki, boş idi.

«Neftçi»dən təklif gəlincə, AFFA ilə işbirliyinə ara verib. Bu, adıçəkilən çalışdırıcının şəxsi qərarıdır.

Yoxsa federasiyanın ona yeni iş təklif etmək istəyi olub.

Abdullayev 2016-2017-ci illərdə «Neftçi»nin əsas komandasının sükanı arxasında dayanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti