"Üzərimə düşəni yerinə yetirirdim, amma millliyə dəvət almırdım"

4 Fevral 15:00 Milli komanda 575
"Üzərimə düşəni yerinə yetirirdim, amma millliyə dəvət almırdım"

"Sumqayıt"ın qış fasiləsində heyətinə qatdığı Emil Mustafayev Sportinfo.az-a açıqlama verib.

24 yaşlı yarımmüdafiəçi ilk olaraq böyük ümidlərlə çağırıldığı Azərbaycan millisindən uzun müddətdir kənarda qalmasına aydınlıq gətirib:

"Əvvəlki klubum olan "Çernomorets"də çox yaxşı çıxış edirdim. Üzərimə düşəni yerinə yetirirdim.

Amma dəvət almırdım. Əlaqə saxlayan yox idi. Niyəsini bilmirəm. Yəqin ki, məşqçinin planlarına daxil deyildim".

O, "Azərbaycana gələndən sonra milli komandanın baş məşqçisi ilə aranızda hər hansı söhbət olubmu" sulına isə belə reaksiya verib:

"Ayxan Abbasovla aramızda hər hansı danışıq olmayıb.

Ümumiyyətlə, sonuncu dəfə milliyə dəvət alandan sonra mənimlə əlaqə saxlayan olmayıb. Amma onu da bilirəm ki, məndən də çox şey asılıdır".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”