Bu komandalar Bakıya gələcək - İştirakçılar təsdiqləndi

23 Yanvar 02:00 Milli komanda 576
Bu komandalar Bakıya gələcək - İştirakçılar təsdiqləndi

“FIFA Series 2026”nın strukturu və iştirakçıları təsdiqlənib.

Sportinfo.az Braziliyanın otempo.com.br saytına istinadən xəbər verir ki, mart və aprel aylarında beynəlxalq pəncərədə keçiriləcək turnir 8 fərqli ölkədə təşkil olunacaq.

Ümumilikdə 36 komandadan ibarət 9 qrup təşkil olunacaq. Azərbaycanda baş tutacaq “FIFA Series”in iştirakçıları da artıq məlumdur.

Belə ki, millimizlə yanaşı, Oman, Sierra Leone və Sent Lusiya yığmalarının ölkəmizdəki turnirə qatılacaqları bildirilib.

Yarışın təqvimi açıqlanmasa da, yarımfinal və final formatında təşkili planlaşdırılır. İlk oyun gününün qalibləri finalda, məğlublar isə 3-cü yer uğrunda matçda qarşılaşacaq.

2024-cü ildə də “FIFA Series” turnirinə ev sahibliyi edən ölkələrdən biri Azərbaycan olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı