Azərbaycan millisi 2026-ci ilə necənci yerdə başladı?

01:00 Milli komanda 69
Azərbaycan millisi 2026-ci ilə necənci yerdə başladı?

FIFA-nın 2026-cı il üçün açıqladığı ilk reytinq cədvəlində Azərbaycan millisi 127-ci pillədəki mövqeyini qoruyub saxlayıb.

Sportinfo.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yığmamız əvvəlki siyahı ilə müqayisədə irəliləyiş və ya geriləmə qeydə almadan 1132.97 xalla eyni pillədə qərarlaşıb.

Dünya reytinqinin zirvəsində də stabillik müşahidə olunur. Belə ki, İspaniya millisi 1877.18 xalla liderliyini davam etdirir. İ

lk üçlüyün digər pillələrində isə müvafiq olaraq Argentina (1873.33 xal) və Fransa (1870 xal) yığmaları yer alıblar.

Yanvar reytinqində ən böyük irəliləyişi Afrika Millətlər Kubokunda uğurlu çıxış edən Mərakeş və Seneqal milliləri göstərib.

Belə ki, turnirin finalçısı olan Seneqal 7 pillə irəliləyərək dünyanın 12-ci komandası olub, Mərakeş isə 6 pilləlik sıçrayışla ilk onluğa daxil olub.

Növbəti reytinq cədvəlinin mart ayında keçiriləcək yoldaşlıq oyunları və seçmə mərhələ matçlarından sonra yenilənəcəyi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO