21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Rəşad Eyubov təlim-məşq toplanışı çərçivəsində “Şamaxı”ya qarşı keçirilən yoxlama oyunundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
Sportinfo.az sizi həmin açıqlama ilə tanış edir:
“Güclü komandaya qarşı əla oyun keçirdik. Bu, futbolçular üçün böyük təcrübədir.
Çünki bir çoxu ilk dəfə belə səviyyəli rəqibə qarşı oynayırdı. Ümumilikdə matçdakı enerjimizdən və konsentrasiyamızdan razı qaldım.
Qarşıda bizi çox iş gözləyir. Toplanış dönəmində keçirdiyimiz iki oyun bizə kifayət qədər faydalı oldu”.
Bakıda hazırlıq keçən U-21 yoxlama oyunlarında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib, “Şamaxı”ya 0:1 hesabı ilə məğlub olub.

