Azərbaycanda aşağı yaş qrupu üzrə yeni milli komandanın yaradılması gündəmdədir.
Saytımız bu barədə məlumatı AFFA-dan əldə edib.
Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, məsələ rəhbərliyin müzakirəsindədir. Plana əsasən, U-14-ün formalaşdırılması gözlənilir.
Məqsəd 12-13 yaşlı perspektivli futbolçuları müəyyənləşdirmək, onların itib-batmaq təhlükəsindən qurtarmaq, yuxarı yaş qrupları üzrə yığmaların bazasına çevirməkdir.
U-14 il ərzində bir neçə dəfə təlim-məşq toplanışı keçəcək, müxtəlif turnirlərdə qüvvəsini sınayacaq.
Hazırda ölkəmizdə 5 yaş qrupu üzrə milli fəaliyyət göstərir. Bura U-15, U-16, U-17, U-19 və U-21 daxildir.
SPORTİNFO.AZ

