Almaniya və İspaniya komanalarından Azərbaycan yığmasına çağırıldılar

8 Yanvar 11:00 Milli komanda 404
Almaniya və İspaniya komanalarından Azərbaycan yığmasına çağırıldılar

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq çərçivəsində millimiz iki yoxlama oyunu keçirəcək. U-21-in yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə qarşılaşması planlaşdırılır.

U-21-in toplanış üçün heyəti: Səlim Həşimov (“Şamaxı”), Rəvan Mirzəmmədov (“Sabah”), Sadiq Məmmədzadə (“Difai”), Emin Rüstəmov (“Səbail”), Elgün Dünyamaliyev (“Cəbrayıl”), Raul Məmmədov (“Kəpəz”), Tuncay Yusifli (“İmişli”), Səttar Tahirzadə (“Marcet”, İspaniya), Bilal İsmayılov (“Şamaxı”), Rüfət Tahirov (“Difai”), Hacıəli Şirəliyev (“Difai”), Okan Təhmazlı (“Zaqatala”), Elcan Əbilov (“Kəpəz”), Cəfər Muxtarov (“Sabah”), Elyas Bağci (“Hertha BSC”, Almaniya), Raul Süleymanov (“Hertha BSC”, Almaniya), Emil Süleymanov (“Şamaxı”), Qurban Səfərov (“Mingəçevir”), Xəyyam Məmmədli (“Baku Sporting”), Həsən Nərəzli (“Ankaragücü”, Türkiyə), Elmar Məmmədov (“MOİK”), Nihat Mehrəliyev (“Şamaxı”), Şaxmar Aşurov (“Kəpəz”), Davud Mənsumov (“Şamaxı”).

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 07:30 Böyük bahalaşma QAPIDA