21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq çərçivəsində millimiz iki yoxlama oyunu keçirəcək.
U-21-in yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə qarşılaşması planlaşdırılır.

