Millimizə vurduqları qolu 2025-ci ilin “ən gözəl”i seçmədilər

7 Yanvar 08:50 Milli komanda 180
Millimizə vurduqları qolu 2025-ci ilin “ən gözəl”i seçmədilər

Ukrayna millisinin 2025-ci ildə vurduğu ən gözəl qol seçilib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Ruslan Malinovskinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə səfər oyunundakı qolu fərqləndirilib.

Reykyavikdəki qarşılaşmada komandasının 5:3 hesablı qələbəsinə dublla töhfə verən Malinovskinin ikinci qolu azarkeşlər arasında ən çox səs toplayıb – 76 faiz.

Malinovskinin Azərbaycan millisi ilə görüşdəki qolu, həmçinin Aleksey Qutsulyak və Georgi Sudakovun yığmamızla matçlarda vurduqları qollar az səs toplayıb.

Azərbaycan və Ukrayna yığmaları arasında Bakıda keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb, Krakovdakı görüşdə rəqib 2:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti