AFFA müvəqqəti təyin etdiyi şəxsi bu vəzifəyə təsdiqlədi

6 Yanvar 14:40 Milli komanda 666
AFFA müvəqqəti təyin etdiyi şəxsi bu vəzifəyə təsdiqlədi

AFFA rəhbərliyi 21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi ilə əlaqəli qərarını verib.

Ötən ilin oktyabrında müvəqqəti olaraq komandanın sükanı arxasına gətirilən Rəşad Eyubov artıq bu vəzifəyə təsdiqlənib.

Fernandu Santuşun vaxtında əsas yığmada çalışmış gənc mtəxəssis ən azı 2026-cı ilin sonunadək U-21-də fəaliyyət göstərəcək.

Komanda hazırda Avropa çempionatının seçmə mərhələsində mübarizə aparır. Şotlandiya, Bolqarıstan, Portuqaliya Çexiya və Cəbəllütariq ilə bir qrupda yer alan millimiz 5 xala toplayıb.

Gənclərimiz Bolnarıstan və Şotlandiya ilə burada heç-heçə eləyib, səfərdə isə Cəbəllütariqə isə 1:0 hesabıyla qalib gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti