PİS XƏBƏR - 2025 Azərbaycan yığmasını 10 pillə geri atdı

02:00 Milli komanda 58
PİS XƏBƏR - 2025 Azərbaycan yığmasını 10 pillə geri atdı

Azərbaycan millisi 2025-ci ili FIFA reytinqində 127-ci pillədə bitirib.

Sportinfo.az xəbər verir ki, başa çatmaqda olan ilə 117-ci sırada başlayan yığmamız daha 10 addım geriləyib.

Bu, son 11 ilin ən pis göstəricisidir. Belə ki, komandamız axırıncı dəfə 2014-cü ildə 127-ci pillədən daha uğursuz nəticə ilə diqqət çəkmişdi.

1994-cü ildən FIFA reytinqində yer alan Azərbaycan millisinin 2025-ci ilin yekunundakı nəticəsi tarixinin ən uğursuz 5-ci göstəricisidir.

Komandamız FIFA-ya üzv olduğu ilk iki ildə, həmçinin 2008 və 2014-cü illərdə bundan pis nəticəyə “imza atıb” (futbolinfo).

Millimiz fərqli illərdə FIFA reytinqini müxtəlif pillələrdə tamamlayıb:

2016-cı il – 90-cı yer

2013-cü il – 94-cü yer

1999-cu il – 97-ci yer

2010-cu il – 98-ci yer

1998-ci il – 99-cu yer

2018-ci il – 107-ci yer

2020-ci il – 109-cu yer

2011-ci il – 112-ci yer

2001-ci il – 113-cü yer

2002-ci il – 113-cü yer

2004-cü il – 113-cü yer

2005-ci il – 114-cü yer

2009-cu il – 114-cü yer

2019-cu il – 114-cü yer

2023-cü il – 114-cü yer

2000-ci il – 115-ci yer

2007-ci il – 115-ci yer

2015-ci il – 117-ci yer

2017-ci il – 117-ci yer

2024-cü il – 117-ci yer

2012-ci il – 118-ci yer

2003-cü il – 119-cu yer

2021-ci il – 120-ci yer

2022-ci il – 121-ci yer

1997-ci il – 123-cü yer

1996-cı il – 125-ci yer

2006-cı il – 125-ci yer

2025-ci il – 127-ci yer

2008-ci il – 134-cü yer

2014-cü il – 135-ci yer

1995-ci il – 141-ci yer

1994-cü il – 147-ci yer

Digər Xəbərlər
Xəbər Lenti
30 Dekabr 17:50 Çək və bizə göndər!