17 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Aqil Nəbiyev AFFA rəhbərliyi ilə görüşüb.
Bu barədə federasiyadan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, görüş onun istəyi və təkidi ilə baş tutub.
Hazırda U-17 ilə yanaşı, U-15 və U-16-nı da kurasiya edən mütəxəssis ona daha bir şans verilməsini arzulayır.
U-17 ilə Avropa çempionatının seçmə mərhələsində uğursuzluq yaşayan çalışdırıcı iddia eləyib ki, AFFA-nın əvvəlki yönətimindən qalan bəzi rəsmilərin daimi təzyiqi ilə üzləşib.
O, bu cür basqılara rəğmən, işinə diqqətlə yanaşdığını, digərlərindən daha çox çalışdığını söyləyib.
Nəbiyev deyib ki, AFFA millidəki fəaliyyətini davam elətdirməsinə razılıq verərsə, növbəti qitə birinciliyində uğurlu nəticə qazanacağına inanır.
SPORTİNFO.AZ

