“Azərbaycanla oyunlarda qələbə qazanmağa məcbursan”

18 Dekabr 2025 02:20 Milli komanda 764
“Azərbaycanla oyunlarda qələbə qazanmağa məcbursan”

Ukraynanın veteran futbolçusu Yuri Kuliş yığma komandanın DÇ-2026-nın seçmə mərhələsindəki çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, keçmiş məşqçi pley-off oyunları öncəsi komandalarının hazırkı durumuna toxunub.

Onun fikrincə, hələ də çatışmazlıqlar mövcuddur:

“Milli ilə bağlı təəssüratlar qarışıqdır. Komandamız yenə seçmə mərhələdə lüzumsuz xallar itirdi.

Azərbaycanla Bakıdakı görüş buna sübutdur. Belə qarşılaşmalarda qələbə qazanmağa məcbursan.

Əvvəllər olduğu kimi, yenə taleyimiz son tura qaldı. İslandiya ilə oyunda bəxtimiz gətirməsəydi, ikinci yeri rəqib tutacaqdı.

Onlar uzun müddət hücum etdilər, müdafiəçilərimizi çox əziyyətə saldılar. Ukrayna yığmasının futbolçuları seçmə mərhələdəki səhvlərin üzərində işləməlidirlər.

Xüsusilə Bakıda Azərbaycanla oyunu səhvsiz təhlil etmək şərtdir. Orada xal itirməyə haqqımız yox idi”.

Ukrayna yığması pley-off mərhələsi çərçivəsində martda İsveçlə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!