AÇIQLANDI - Azərbaycan millisinin rəqibləri onlar oldu

7 Dekabr 2025 14:25 Milli komanda 9 206
AÇIQLANDI - Azərbaycan millisinin rəqibləri onlar oldu

Azərbaycan, Avstraliya, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanın ev sahibliyi edəcəyi “FIFA Series”in formatı təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, 2026-cı ilin martında baş tutacaq turnir çərçivəsində hər ölkədə 3 oyun baş tutacaq.

Bu isə o deməkdir ki, əvvəlki “FIFA Series”də olduğu kimi, bu dəfə də ölkəmizdə 3 komanda mübarizə aparacaq və millimiz iki oyun keçirəcək.

Turnirdə mükafat fondu olmayacaq. Çünki yarış milli komandaların FIFA pəncərəsi çərçivəsində yoldaşlıq görüşlərini əvəz edəcək.

Azərbaycan millisinin Bakıda turnirdəki rəqibləri müəyyənləşib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin rəqibləri Oman, Syerra-Leone və Sent-Lusia olacaq.

Bütün oyunlar mart ayında paytaxtımızda baş tutacaq.

2024-cü ilin martında ölkəmizdə təşkil olunan “FIFA Series”də Azərbaycan, Bolqarıstan və Monqolustan milliləri çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti