Bildiyiniz kimi 2027-ci ildə baş tutacaq 20 yaşadək futbolçular arasında dünya çempionatının təşkili Azərbaycan və Özbəkistanda keçiriləcək.
AFFA meydan sahibi olacağı yarışa hazırlıq üçün hərəkətə keçib.
Təbii ki, əsas suallardan biri yaradılacaq yeni komandanın başında kimin duracağıdır.
Artıq bu barədə federasiyadan məlumatlar almışıq.
İndiki məqamda adıçəkilən posta ən real namizəd Arif Əsədovdur.
"Neftçi"ni Azərbaycan çempionu edən təcrübəli mütəxəssis uzun müddət ölkənin bir nömrəli komandasında məşqçi kimi çalışıb. Ən son isə baş məşqçi olaraq xidmət göstərib.
AFFA rəhbərliyi inanır ki, Əsədovun təcrübəsi böyük turnirdə işimizə yaraya bilər.
XANOĞLAN / SPORTİNFO.AZ

