“Azərbaycanla oyunda meydana çıxmağım həyatımı dəyişdi”

29 Noyabr 2025 01:10 Milli komanda 791
“Azərbaycanla oyunda meydana çıxmağım həyatımı dəyişdi”

“Azərbaycanla oyunda meydana çıxmağım həyatımı dəyişdi”.

Sportinfo.az xəbər verir ki, bunu Fransa yığmasının qapıçısı Luka Şevalye ölkəsinin mətbuatına açıqlamasında deyib.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisi ilə görüşdə (3:1) yığmasının heyətində debüt edən 24 yaşlı qolkiper klubu PSJ-də də son matçın iştirakçısı olub.

Liqa 1-in 13-cü turunda “Havr”la (3:1) qarşılaşmada Paris klubunun qapısını qoruyan Şevalye bunu özü üçün böyük uğur adlandırıb:

“Millidəki çıxışım klubumda da oynamağıma yol açdı. Bu da onu göstərir ki, bizi diqqətlə izləyirlər.

Amansız rəqabətin olduğunu bilirəm. Amma özümü PSJ-nin əsas qapıçısı olmağa hazır sayıram”.

Luka Şevalye PSJ-yə bu il “Lill”dən keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi