"Komandanı gücləndirmək lazımdır" - Fransaya qol vuran hücumçumuz

21 Noyabr 2025 02:00 Milli komanda 785
"Komandanı gücləndirmək lazımdır" - Fransaya qol vuran hücumçumuz

"Sən qol vurmusansa, rəqibin də vurmağa çalışır.

Bu, futboldur, hamı qol vurub qələbə qazanmaq istəyir".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Renat Dadaşov evdə Fransaya 1:3 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının seçmə mərhələsinin matçı barədə danışarkən deyib.

26 yaşlı hücumçu görüşün 4-cü dəqiqədə vurduğu qoldan sonra baş verənləri bu cür şərh edib:

“Çətin oyun alındı. Düzünü demək lazımdır.

Hamı bilir ki, rəqibimiz dünyanın ən yaxşı komandasıdır. İndi fokuslanmaq, komandanı gücləndirmək və növbəti oyunları düşünmək lazımdır".

zərbaycan millisi qrupda cəmi 1 xal yığaraq, DÇ-2026-ya vəsiqə şansını itirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti