15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində bu gün 2-ci oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Kişinyovda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Bolqarıstanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
U-15 millimiz ilk matçında Monteneqroya 0:1 hesabı ilə uduzub.
Yığmamız noyabrın 23-də Moldova ilə üz-üzə gələcək.

