Milli qrupda sonuncu yeri tutdu, AFFA indi baş məşqçi haqda nə fikirləşir?

11:00 Milli komanda 220
Milli qrupda sonuncu yeri tutdu, AFFA indi baş məşqçi haqda nə fikirləşir?

DÇ-2026-nın seçmə qrup mərhələsinin bütün oyunları başa çatıb.

Bu mərhələdə oynayan 54 komanda arasında Azərbaycan xal baxımından 48-ci yeri tutub.

Millimiz öz qrupunda yalnız bir oyunda heç-heçə edib, digər beş oyunda isə məğlub olub.

Andorra isə beş komanda ilə bir qrupda oynamasına və buna görə də daha iki oyun keçirməsinə baxmayaraq, xallar, vurulan və buraxılan qollar baxımından oxşar göstəriciyə sahib olub, 49-cu pilləni tutub.

D qrupunda yer almış millimiz 1 xalla sonuncu yeri tutub. Seçmə mərhələyə Fernandu Santuşla başlayan yığmamızı növbəti 5 oyuna Ayxan Abbasov çıxarıb.

Nəticələr uğursuz alınsa da, AFFA rəhbərliyi yeni baş məşqçinin işindən narazı deyil.

Komandanın xüsusən Fransa ilə qarşılaşmalarda böyükhesablı məğlubiyyətlərdən qaçması federasiya mənsublarının ürəyini yerinə gətirib.

Çünki onlar bu qənaətdədir ki, əgər portuqaliyalı çalışdırıcı iş başında qalsaydı, fransızlara 2-3 topluq fərqlə yox, daha iri hesabla uduzacaqdı.

Digər tərəfdən, qurum hesab edir ki, milli Ukrayna ilə görüşlərdə, həmçinin islandlarla cavab matçında normal təsir bağışlayıb, əvvəlkitək qorxaq oyun nümayiş etdirməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!