İslandiya və Fransaya uduzduq, FİFA reytinqində gerilədik - DÖRD PİLLƏ

10:40 Milli komanda 111
İslandiya və Fransaya uduzduq, FİFA reytinqində gerilədik - DÖRD PİLLƏ

Azərbaycan komandası FİFA-nın yenilənmiş reytinq cədvəlində geriləyib.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız siyahıda 4 pillə geriləyərək 127-ci sırada qərarlaşıb.

Hazırda aktivində 1132.97 xal olan yığmamız əvvəlki siyahıda 1142.25 xalla 123-cü pillədə yer alırdı.

Bu geriləməyə səbəb millimizin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçirdiyi oyunlardakı uğursuzluqlar olub. Belə ki, komanda İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə məğlub olub.

FİFA reytinqinin ilk pilləsində İspaniya (1877.18 xal) yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!