Millimiz DÇ-2026-nın seçmə mərhələsinin iki ən “bədbəxt”indən biri oldu

20 Noyabr 2025 00:30 Milli komanda 764
Millimiz DÇ-2026-nın seçmə mərhələsinin iki ən “bədbəxt”indən biri oldu

DÇ-2026-nın seçmə qrup mərhələsinin bütün oyunları başa çatıb.

Sportinfo.az xəbər verir ki, bu mərhələdə oynayan 54 milli komanda arasında Azərbaycan xal baxımından 48-ci yeri tutub.

Millimiz öz qrupunda yalnız bir oyunda heç-heçə edib, digər beş oyunda isə məğlub olub.

Andorra isə beş komanda ilə bir qrupda oynamasına və buna görə də daha iki oyun keçirməsinə baxmayaraq, xallar, vurulan və buraxılan qollar baxımından oxşar göstəriciyə sahib olub. Andorra 49-cu pilləni tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!