21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Rəşad Eyyubovun çalışdırdırdığı komandamız beşinci matçında səfərdə Cəbəllütariq ilə qarşılaşıb.
“Europa Point Stadium”da keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolumuzu 54-cü dəqiqədə Mahir Məmmədov vurub.
U-21-in ilk uğurlu nəticəsi AFFA tərəfindən qiymətləndiriləcək. Bu görüşdə iştirak edənlərin hər birinə 2500-3500 manat civarında mükafat veriləcək.
Azərbaycan millisi bundan əvvəl 2 oyunda uduzub, 2 görüşdə isə heç-heçə edib. Komanda hazırda 5 xalla 5-ci pillədədir.
U-21 qrupda növbəti görüşünü 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.
SPORTİNFO.AZ

