DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə keçirilən oyun (1:3) Azərbaycan millisinin 4 futbolçusu üçün əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, Emin Mahmudov, Anton Krivotsyuk, Şahrudin Məhəmmədliyev və Abdulla Xaybulayev yubileylə yadda qalıblar.
Komandamızın kapitanı Emin Mahmudov yığmada 60-cı matçına çıxıb. Bu müddət ərzində 15 qol vuran yarımmüdafiəçi millinin ən məhsuldar futbolçusudur.
Müdafiəçi Anton Krivotsyuk 45, qapıçı Şahrudin Məhəmmədəliyev isə 35-ci dəfə milli formanı geyinib.
Xüsusən də Şahrudin üçün yubiley xoş notda yekunlaşmadı.
Birinci hissədə 3 dəfə mərkəzə dəvət olunan qolkiper fasilədən sonra zədə səbəbindən əvəzlənib. O, 35 görüşdə ümumilikdə 56 qol buraxıb.
Ayxan Abbasovun baş məşqçi postuna gəlişindən sonra A milliyə mütəmadi çağırılan Abdulla Xaybullayev isə 5-ci qarşılaşmasını geridə qoyub.

