Komanda yoldaşını “satmadı”: “Mən də yanlışlığa yol verə bilərəm”

00:50 Milli komanda 70
Komanda yoldaşını “satmadı”: “Mən də yanlışlığa yol verə bilərəm”

“Rəqib çox güclü idi, onların gücü hamıya məlumdur.

Koamanda şəklində yaxşı mübarizə apardıq. İnamlı oynadıq”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov deyib.

26 yaşlı müdafiəçi DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə uduzduqları matçdan danışıb.

Daşdəmirov 4-cü dəqiqədə Renat Dadaşovun fərqlənməsi ilə nəticələnən məhsuldar ötürməsindən də söz açıb:

“Asist edəcəyimi gözləmirdim. Çox yaxşı, yaddaqalan epizod oldu. Bu qol həmişə yadımda qalacaq”.

Daşdəmirov Şahruddin Məhəmmədəliyevin üçüncü qolu öz qapısına göndərməsinə belə münasibət bildirib:

“Şahruddinin səhv etdiyini deməzdim. Bu da bir epizod idi.

Belə böyük oyunlarda mən də yanlışlığa yol verə bilərəm. Yəni bu cür matçlarda səhv qaçılmazdır”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:10 Çək və bizə göndər!
18 Noyabr 03:20 Qazaxıstana da uduzduq