“Sən qol vurmusansa, rəqibin də vurmağa çalışır.
Bu, futboldur, hamı qol vurub qələbə qazanmaq istəyir”.
Sportinfo.az xəbət verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov evdə Fransaya 1:3 hesabı ilə uduzduqları seçmə qrup matçı haqda deyib.
26 yaşlı hücumçu 4-cü dəqiqədə vurduğu qoldan sonra matçda başverənləri bu cür şərh edib:
“Çətin oyun alındı. Düzünü demək lazımdır, rəqibimiz dünyanın ən yaxşı komandasıdır.
İndi komandaya fokuslanmaq lazımdır. Allah qoysa, irəlidə daha yaxşı nəticə göstərməyə çalışacağıq.
İndi komandanı gücləndirmək və növbəti oyunları düşünmək lazımdır”.

