Azərbaycan millisinin üzvü Ceyhun Nuriyev dünya çempionatının seçmə mərhəsində Fransaya məğlub olduqları oyundan (1:3) sonra Sportinfo.az-a açıqlama verib.
24 yaşlı yarımmüdafiəçi ilk olaraq matç barədə danışıb: “
“Oyuna çox yaxşı və inamlı başladıq. Çəkinmədik rəqibdən. Qoldan sonra bir az da ümidləndik. Ancaq rəqibin kimliyi məlumdu. Hücumların təzyiqi yüksək idi. Təəssüf ki, sona qədər dözə bilmədik. Xal qazanacağımıza inanırdıq, alınmadı”.
Nuriyev öz performansı ilə bağlı “Əla ötürmə ilə yadda qaldın. Xüsusilə aktiv olduğumuz ilk dəqiqələrdə ən yaxşılardan idi. Öz çıxışın barədə nələr deyə bilərsən” sualına isə belə reaksiya verib:
“Öz adıma uğurlu gün oldu deyə bilərəm. Daha çoxunu edə bilərdim, amma rəqibin gücü də məlumdu, imkan vermirdilər. Belə oyunlar nadir hallarda olur. Çox yaxşı təcrübə oldu və müsbət epizodlarım oldu”.
“Zirə”nin futbolçusu sonda Ayxan Abbasovla qarşıdan gələn Millətlər Liqasında uğurlu ola biləcəklərinin mesajını verib: “Məqsədimiz C liqasına çıxmağımızdı. Bunu edəcəyimizə inanırıq. Milli daha uğurlu ola bilər. Son oyunlar buna ümid verir”.
XANOĞLAN

