“Çətin oyun oldu.
Fransa millisi çox güclüdür, onlar tam başqa səviyyədirlər”.
Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Renat Dadaşov deyib.
O, dünən DÇ-2026-nın seçmə mərhələsində Bakıda Fransaya 1:3 hesabı ilə uduzduğumuz görüşü belə şərh edib:
“Rəqib nə qədər güclü olsa da, mübarizə apardıq, komanda olaraq əlimizdən gələni etdik. Təəssüf ki, daha artığına gücümüz çatmadı”.
Millimizin hücumçusu Fransanın qapısında qol gördükdən sonra daha aqressiv oynamasının normal olduğunu söyləyib:
“Futbolda hər zaman belə olur. Hamı qol vurmaq, qələbə qazanmaq istəyir.
Ona görə də Fransanın hesabda geri düşdükdən sonra daha aqressiv oynaması normaldır. Hər bir komanda meydanı qələbə ilə tərk etmək istəyir”.
Dadaşov qol vurmasına belə münasibət bildirib:
“Əlbəttə, Fransa kimi rəqibə qol vurduğum üçün sevincliyəm. İnanıram ki, bu, gələcək karyerama da müsbət təsir göstərəcək
. İndi artıq fikrimi klubuma yönəltməliyəm. Əlimdən gələni edəcəm ki, bundan sonra daha çox oynamaq şansı qazanım”.

