İlkin Fikrətoğlu - Bu məşqçilərə pul yedirtmək boşuna imiş!

19:00 Milli komanda 203
İlkin Fikrətoğlu - Bu məşqçilərə pul yedirtmək boşuna imiş!

Artıq öyrəşmişik: Futbolda “Qarabağ”ın yaratdığı müsbət emosiyalarla bir necə gün yaşayırıq, sonra milli ortaya cıxıb bütün hissləri, poztivliyi darmadağın edir.

Yığmamızla 1 qələbəsi belə olmayan qoca Santuş 3 milyon 700 min manat təzminatı götürüb getdikdən, Ayxan Abbasov ondan dəfələrlə az maaşa razılaşıb gələndən sonra ümidlənmişik.

Bakıda Ukraynadan alınan 1 xal, ardınca Fransa və elə həmin Ukrayna ilə səfər matçlarında məğlub, amma mübariz komanda görməyimiz bizi bir daha əmin etdi ki, illərlə əcnəbi baş məşqçilərə pul yedirtmək boşuna imiş.

Buna şübhə yox!

Amma əzmkarlıq da bir yerə qədərdir. Nəticə ücün ustalıq, səviyyə əsasdır. İslandiya ilə matçda isə nə o səviyyədə əzmkarlıq gördük, nə də oyun və nəticə.

İslandiya üçün bu oyun final xarakretli idi. Xal itirsəydilər, qrup ikinciliyi uğrunda mübarizədə Ukraynanı irəli buraxıb, son turda işlərini cətinə salacaqdılar.

Bakiya dünyanını o başından gəlmiş yorgun qonaqlıara lazım idi k, az enerji sərf edərək sərfəli nəticə qazansınlar, Ukrayna ilə 3 gün sonrakı həlledici döyüşə güc saxlasınlar.

Hər şey islandiyalıların istədiyi kimi oldu. Bizim komanda rəqibə yetərincə təzyiq edə bilmədi və onlar rahatca məqsədlərinə çatdılar. Aydın məsələdir ki, Ayxan Abbasov hazırlığı 3 gün ərzində keçiriləcək iki oyuna uyğun qurmuşdu.

Ya bütün potensialı, gücü İslandiya matçında xərcələyib azı 1 xal qazanmaq, belədə Fransa qarşısına yorgun oyunçularla çıxıb öz azarkeşlərin önündə 5-6 topla darmadağın olunmaq təhlükəsi var, ya da müəyyən qüvvəni Fransa matçı üçün qorumaq, İslandiya ilə “tutar qatıq, tutmaz ayran” məsəlinə uyğun oynamaq.

Böyük oyunlar təcrübəsi çox olan Şahruddin Məhəmmədəliyev, həmçinin Qismət Alıyev, daha hərəkətli Rüstəm Əhmədzadə və Ceyhun Nuriyev, habelə Anatoli Nuriyev, məncə, Fransa matçı üçün qorunurdu və bu səbəbədən İslandiya ilə görüşdə start heyətində yer almadılar.

Ayxan Abbasovun, onsuz da, geniş heyət seçimi yox idi, Mahir Emrelinin zədələnməsi, Elvin Cəfərquliyevin soyuqlaması da baş məşqçinin qəliz vəziyyətini bir tərəfdən qəlizləşdirmişdi.

Digər tərəfdən də düşünürsən, guya Mahir və ya Elvin olsaydı, nə dəyişəcəkdi? Onlarla çox sayda oyun uduzmamışıqmı?

Bəlkə də elə bu səbəblərdən Ayxan Abbasov qapıçı Aydın Bayramovla özüylə “Şamaxı”dan gətirdiyi müdafiəçi Rüfət Abbasovun ilk dəfə millidə oynamasna qərar vermişdi.

Aydın pis təsir bağışlamadı. Rüfət isə ilk qolda ofsaydı pozmaqla rəqibə kömək etdi, bir necə dəfə həyəcandan özünü də, topu da itirdi.

Yalnız ikinci hissədə nisbətən oyuna uyğunlaşdı, cəsarətli oldu

. Hücumda 2 seçim vardı. “Motor”dan gələn Renat Dadaşovun sanki motoru tökülüb, əvvəlki oyununu göstərmir. Polşa Liqasında hec bir görüşdə 90 dəqiqə meydanda olmayıb.

Millidə də keçən ay Ayxan Abbasova etitrazına, özbaşınalığına görə, yəqin ki, cəzasını ehtiyatda qalmaqla cəkməli idi.

Belədə ümid qalırdı “Qarabağ”ın ərköyün forvardı Nəriman Axundzadəyə. Ona da necə “yıxılı evin dirəyi” deyəsən? Xarakter zəif, ustalıq da aşağı.

Müdafiədə Bəhlul Mustafazadəyə çox güvənirdik. Amma İslandiya matçında Bəhlul sanki “Qarabağ”da gördüyümüz Mustafazadə deyildi.

İkinci qolda da hava mübarizəsinıuduzmaqla rəqibə mane ola bilmədi.

“Klubda oynamayıb, millidə oynayanlar” kateqoriyasından Abdulla Xaybullayev yenə meydanda yalnız döyüşürdü. Hərçənd əvvəlki oyunlarda Xaybullayev daha yaxşı görünürdü.

Abbas Hüseynov da onun kimi klubda az oynamasına baxmayaraq, millidə start heyətində idi və buna görə sosial şəbəkələrdə ən ağlasığmaz mülahizlərə də rast gəlinməkdədir.

Guya Abbas millidə tapşırıqla oynayır. Niyə?

Bu, dövlət qulluğuna qəbuldur, ya sürücülük vəsiqəsinin alınmasıdır ki tapşırsınlar? Abbas millidə oynasa, nə olacaq, oynamasa nə?

Yazanda, danışanda düşünmək üçün Allah insana şüur verib. Yəqin o halda klubunda oynamayan Xaybullayevi də meydana buraxmağı Ayxan Abbasova Dağıstan ağsaqalları tapşırıb.

Ayxan Abbasovun özünə başqa suallar vermək olar və verildi də: hava toplarında anadangəlmə üstünlüyə malik İslandiyaya qarşı bütün kornerləri, cinah ötürmələrini yuxarıdan etməyin bir izahı varmı?

Milli komandanın, onsuz da, bu seçmə mərhələdə heç bir hədəfi qalmayıb.

6 il Berti Foqtsa, 3 il Canni de Byaziyə, ilyarım Fernandu Santuşa dözən biz, Ayxanla İslandiyaya, Fransaya uduzmağa da səbr edərik.

Guya xaricilərdən əlimiz bala batmışdı ki? Həmin bu İslandiya Santuşun komandasnı 5 qolla darmadağın etmişdi.

Qarşımızda yalnız “xoruz” var - Fransa! Baş məşqçiyəmi bel bağlayaq, futbolçularamı ümid edək - cətindir söyləmək. Ümid edək ki, bu hesaba görə utanmarıq!

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti