Azərbaycan - Fransa oyununda üçüncü qol - CANLI YAYIM

22:17 Milli komanda 244
Azərbaycan - Fransa oyununda üçüncü qol - CANLI YAYIM

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa millisini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Baş hakim latviyalı Andris Treimanis olacaq.

D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.

13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.

21:00. Azərbaycan - Fransa 1:3

Qollar: Renat Dadaşov, 3 - Con Mateta, 16, Şahruddin Məhəmmədəliyev (ö.q), 44

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Anatoli Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev

Ehtiyat oyunçular: Aydın Bayramov, Səlahət Ağayev, Rüfət Abbasov, Anatoli Nuriyev, Rüfət Abdullazadə, Nəriman Axundzadə, Abbas Hüseynov, Bədavi Hüseynov, Səbuhi Abdullazadə, Cəlal Hüseynov, Mustafa Əhmədzadə

Fransa: Lukas Şevalye, Malo Qusto, Kefrren Türam, Kristofer Nkunku, Uqo Ekitike, Akliuş, İbrahima Konate, Vayne Zayr-Emeri, Con Mateta, Lukas Hernandes, Teo Hernandes

Ehtiyat oyunçular: Bris Samba, Mayk Menyan, Luka Din, Dayot Upamekano,Jul Kunde, Floran Toven, Maykl Olis, Nqolo Kante, Rayan Şerki, Vilyam Saliba, Bredli Barkola

Hakimlər: Andris Treimanis, Haralds Gudermanis, Aleksey Spasennikovs, Vitalis Spasyoņņikovs (Latviya)

VAR: Kley Ruperti (Niderland)

AVAR: Kristaps Ratnieks (Latviya)

21:00. Ukrayna - İslandiya

Digər Xəbərlər
Xəbər Lenti