Azərbaycan millisinin heyətində oyun keçirən futbolçu sayı 290-a çatıb.
DÇ-2026-nın seçmə mərhələsində İslandiya yığması ilə keçirilən dünənki görüşdə daha 3 futbolçu debüt edib.
Belə ki, komandamızın rəqibinə 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmada qapıçı Aydın Bayramov, müdafiəçi Rüfət Abbasov və yarımmüdafiəçi Rüfət Abdullazadə karyeralarında ilk dəfə A millinin formasını geyiniblər.
Bayramov və Abdullazadə daha əvvəl də heyətə çağırılmasına baxmayaraq, debütləri İslandiya ilə görüşə təsadüf edib.
Dünənki matçda Aydın Bayramov və Rüfət Abbasov ilk dəqiqələrdən meydanda olublarsa, Rüfət Abdullazadə ikinci hissədə mübarizəyə qoşulub.
Millimiz qrupda son oyununu noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Fransaya qarşı keçirəcək.

