“Bu, məni narahat etdi” - İlk dəfə millinin formasını geyindi, narazı qaldı

02:20 Milli komanda 98
“Bu, məni narahat etdi” - İlk dəfə millinin formasını geyindi, narazı qaldı

“İlk oyunumda məğlub olmamağımızı istərdim.

Ayxan Abbasova təşəkkür edirəm ki, mənə şans verdi.

Milliyə daha layiq, daha faydalı olmaq istəyirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin vingeri Rüfət Abdullazadə deyib.

Yığmaya ilk dəfə dəvət alan yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:2 hesabı ilə uduzduqları oyun və debütü barədə danışıb:

“Qələbə qazanmaq istəyirdik, amma alınmadı. İndi növbəti oyuna hazırlaşacağıq.

Mən oyuna girdikdən sonra penalti epizodu oldu, amma hakim qərar vermədi.

Ayağıma müdaxilə vardı və hesab edirəm ki, penalti verilməli idi. Həmin epizod məni narahat etdi”.

Abdullazadə Fransa ilə keçiriləcək çətin qarşılaşma ərəfəsində azarkeşləri komandaya dəstək olmağa çağırıb:

“Əlimizdən gələni edəcəyik ki, layiqli mübarizə aparaq və azarkeşlərimizi sevindirək. Onlara təşəkkür edirəm. Növbəti oyunda da dəstəklərinə ehtiyacımız olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 18:10 Çək və bizə göndər!