Özgələrə bal, özümüzə zəhər olmaq şakərimiz nə vaxt bitəcək?

19:40 Milli komanda 163
Özgələrə bal, özümüzə zəhər olmaq şakərimiz nə vaxt bitəcək?

Yaxşı xatırlayıram, milli komandamızın sabiq baş məşqçisi Fernandu Santuş “Qəbələ”nin üzvü Şahin Şahniyarovu ölkənin bir nömrəli komandasına dəvət edəndə böyük alqış qazanmışdı.

Gənc olmasına, Birinci Liqada çıxış etməsinə görə seçim təqdir olunmuşdu.

Şahin istedadlı uşaqdır, amma hamı yaxşı bilir ki, indiki halda onun əsas milliyə dəvət olunması tez idi.

Məğlubiyyətləri sıralayan Santuşun məqsədi bu addımla göz(lər)ə kül üfürmək idi və istədiyinə nail olmuşdu.

Gələk, sözümün mustafasına...

Üzərindən yarım il ötür...

Hazırkı baş məşqçi Ayxan Abbasov İslandiya ilə görüşdə Rüfət Abbasova start heyətində yer verdi. 20 yaşlı gənc son illər ən çox artıran yerli oyunçudur.

Elə həmin Ayxan Abbasovun əlinin altında. Ötən mövsüm “Şamaxı”da bütün mövsümü uğurlu keçirmişdi, bu sezon da performansında yüksəliş aydın sezilir.

Söhbət cəmi iki il əvvəl “Neftçi”nin əvəzedici komandasında çıxış edən gəncdən gedir.

Normalda onun belə sürətli inkişafında rol almasına və ölkənin bir nömrəli komandasında debüt etməsinə şərait yaratmasına görə Ayxan Abbasova da təşəkkür düşürdü.

Amma biz daha çox tənqid, təzyiq görürük.

Rüfət sadəcə bir nümunədir, başqa məsələlər də az deyil.

Cənablar, bir az yavaşlayaq, özgələrə bal, özümüzə zəhər olmaq şakərimizdən bir az uzaqlaşaq...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti