"Fransa önündə nəticə qazana biləcəyimizə də inanırıq"

19:50 Milli komanda 103
"Fransa önündə nəticə qazana biləcəyimizə də inanırıq"

Azərbaycan milli komandasının müdafiəçisi Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az "Neftçi"də çıxış edən 30 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Bildiyiniz kimi, sonuncu ev oyunumuzdur. Bilirik ki, Fransa millisi güclü rəqibdir. Amma oyuna hazırıq. İnanıram ki, sabah azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərəcəyik. Nəticə qazana biləcəyimizə də inanırıq.

- Kilian Mbappe sabahkı oyunda olmayacaq. Belə ulduz futbolçunun olmaması oyuna marağı azaldır?

- İnanmıram ki, maraq azalır. Bildiyim qədərilə stadion dolu olacaq. Azarkeşlərimiz sağ olsun. Mbappe gəlməsə də, Fransa millisinin ulduzları çoxdur. Komanda olaraq onlara qarşı hazırlaşırıq. Məncə, Mbappesiz daha çətin olacaq. Çünki onlar komanda olaraq daha ciddi olacaqlar. Biz sırf ona köklənmirik, Fransanı fikirləşirik. İnanıram ki, sabah yaxşı mübarizə apara bilərik.

Digər Xəbərlər
Xəbər Lenti