İslandiya yığmasının yarımmüdafiəçisi İsak Berqmann Yohannesson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyunu dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu məqsədlərinə nail olduqlarını deyib.
Yohannesson Bakıya 3 xal dalınca gəldiklərini və istədiklərini aldıqlarını bildirib:
“Çox yaxşı performans idi. Birinci hissədə topla oyunumuz əla alındı.
İkinci hissədə Azərbaycan millisi bizə daha öndə pressinq etdi. Yenə də matçı qol buraxmadan tamamladıq.
Baş məşqçimiz demişdi ki, bu oyunda evdəki kimi 5:0 hesabı ilə bitirməyə ehtiyac yoxdur. Sadəcə, buradan 3 xal qazanmaq və Ukrayna ilə matç üçün Polşaya getmək kifayət idi. Bunu da bacardıq”.
8-ci km qəsəbə stadionunda keçirilən Azərbaycan – İslandiya oyununda qonaqlar 2:0 hesablı qələbə qazanıb.
Qrupun son oyunları noyabrın 16-da keçiriləcək. Həmin gün Ukrayna İslandiyanı, Azərbaycan isə Fransanı qəbul edəcək.

