“Azərbaycan millisi bu dəfə daha güclü idi, evdəki qədər yaxşı oynamadıq”

17:20 Milli komanda 100
“Azərbaycan millisi bu dəfə daha güclü idi, evdəki qədər yaxşı oynamadıq”

İslandiya yığmasının hücumçusu Andri Qudyonsen DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı forvard 2:0 hesablı qələbənin sevincini yaşadıqlarını deyib.

O, komandamızın çıxışı barədə də fikir bildirib:

“Nəticə kifayət qədər ürəkaçan oldu. İki qol vurduq və qapımızı toxunulmaz saxladıq.

Əlbəttə ki, razıyıq. Bəlkə də evdəki qədər yaxşı oynamadıq.

Çünki Azərbaycan millisi bu dəfə daha güclü və sıx çıxış etdi. Bununla matça bir az rəng qatdılar”.

Qudyonsen Ukrayna ilə qarşıdakı oyunu finala bərabər adlandırıb:

“Düşünürəm ki, komandadakı hər kəs Ukrayna ilə oyunu səbirsizliklə gözləyir. İndi hər şey bərpa olunmağa və oyuna 100% hazır vəziyyətə gəlməyə bağlıdır”.

Ukrayna – İslandiya oyunu noyabrın 16-da keçiriləcək. Həmin gün Azərbaycan millisi Fransanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!