“Azərbaycanı heç bir halda zəif hesab etmək kimi bir şey yox idi”

15 Noyabr 16:20 Milli komanda 347
“Azərbaycanı heç bir halda zəif hesab etmək kimi bir şey yox idi”

“Yüksək səviyyədə oyun oldu.

Heç bir halda rəqibi zəif hesab etmək kimi bir şey yox idi”.

Sportinfo.az xəbər verir ki, bunu İslandiya millisinin kapitanı Hakon Arnar Haraldsson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasını 2:0 hesabı ilə məğlub etdikləri səfər oyunu barədə danışarkən deyib.

22 yaşlı yarımmüdafiəçi birinci hissədəki performanslarından daha çox razılıq bildirib:

“Oyuna çox yaxşı başladıq və 2 qol vurduq. Sonra birlikdə yaxşı müdafiə olunduq.

İkinci hissədə topa daha yaxşı nəzarət edə bilərdik, amma fərqi yoxdur – biz qalib gəldik. İndi Ukrayna ilə son matça köklənməliyik”.

Ukrayna – İslandiya matçı noyabrın 16-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?