İslandiya yığmasının futbolçuları DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyuna görə qiymətləndiriliblər.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, islandlar iki oyunçunu fərqləndiriblər.
Bunlar Sverrir İnqi İnqason və Yohann Berq Qudmundssondur. Mərkəz müdafiəçisi İnqason qol vurmaqla, millidə 100-cü matçını keçirən yarımmüdafiəçi Qudmundsson isə ikinci qolu hazırlamaqla seçilib.
Hər iki futbolçu 10 ballıq şkala üzərində 8 balla qiymətləndirilib. Digərləri isə 6 və 7 bala layiq görülüblər.
Azərbaycan – İslandiya oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

