"Onlardan qorxmayacağıq, tez təslim olmayacağıq”

12:40 Milli komanda 99
"Onlardan qorxmayacağıq, tez təslim olmayacağıq”

“Birinci oyundan fərqli olaraq bu dəfə daha inamlı və mübariz oynadıq.

Hücumun son fazasında daha dəqiq çıxış etsəydik, hesab lehimizə ola bilərdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yarımmüdafiəçisi Ceyhun Nuriyev deyib.

24 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:2 hesabı ilə məğlub olduqları görüşü belə şərh edib:

“Rəqibin gücü bizə məlum idi. Bundan öncə də onlarla qarşılaşmışdıq və nəyə qadir olduqlarını bilirdik.

Ağır məğlubiyyətdən sonra bu gün revanş istədik və hər bir halda mübarizə apardıq. Amma məğlubiyyət məyusedicidir.

Müdafiədə boşluqlarımız oldu, qapıçımız yaxşı çıxış etdi. Hücumda isə zəif oynadıq və daha dəqiq olmalıydıq”.

Fransa ilə qarşıdakı oyuna da toxunan Nuriyev əlavə edib:

“Fransa ilə oyuna real yanaşacağıq. Rəqibin adından qorxmayacağıq və tez təslim olmayacağıq.

Belə davam etsək, addım-addım inkişaf edə bilərik. Ən azından İslandiya, Ukrayna kimi rəqiblərə diş göstərə bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!