“Azəbaycanla oyunda bəlkə də topa sahib olmağımız o qədər yaxşı deyildi”

15 Noyabr 2025 00:40 Milli komanda 447
“Azəbaycanla oyunda bəlkə də topa sahib olmağımız o qədər yaxşı deyildi”

“Bu, sadəcə, möhtəşəmdir.

Start heyətində yer almaq, milli forma altında ilk dəqiqələrdən meydanda olmaq çox gözəl hissdir”.

Sportinnfo.az xəbər verir ki, bunu İslandiya yığmasının hücumçusu Kristian Hlinsson deyib.

O, ölkəsinin mətbuatına açıqlamasında DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyunu dəyərləndirib:

“Bu seçmə mərhələyə qədər çox da oyun vaxtı almırdım. Ona görə də komandaya daxil olmaq möhtəşəm hissdir.

Biz çox yaxşı komandayıq və oyunumuzun axıcılığı yüksəkdir. Azərbaycanla görüşün birinci hissəsində oyuna nəzarət etdik, 2 qol vurduq.

İkinci hissədə bəlkə də topa sahib olmağımız o qədər yaxşı deyildi. Amma matçı sona qədər peşəkar şəkildə tamamladıq”.

8-ci km qəsəbə stadionunda keçirilən oyun İslandiyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!