Azərbaycan millisinin heyətində daha bir ciddi itki yaşanıb.
“Qarabağ”ın üzvü Toral Bayramov düşərgəni tərk edib.
Buna səbəb sol cinah müdafiəçisinin dünya çempionatının seçmə mərhələsinin İslandiya ilə matçında (0-2) zədə alması olub.
24 yaşlı oyunçu qarşılaşmanın 60-cı dəqiqəsində xəsarət aldığı üçün yerini Ceyhun Nuriyevə verməli olmuşdu.
Həkim müayinəsindən sonra Toralın Fransa ilə görüşü buraxacağı dəqiqləşib.
Xatırladaq ki, daha əvvəl baş məşqçi Ayxan Abbasov zədə üzündən Mahir Emreli, Musa Qurbanlı və tempuraturu olan Elvin Cəfərquliyevin xidmətindən məhrum olub. Elvin hətta ilkin siyahıda yer almışdı.
Kapitan Emin Mahmduovun durumuna isə matç günü aydınlıq gələcək.
“Neftçi”dən zədəli gələn yarımmüdafiəçinin ən yaxşı halda bir hissə meydanda olacağı ehtimal edilir.
Azərbaycan - Fransa görüşü sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

