Millimizin oyunçusu 0:2-yə görə bu şəxsi günahlandırdı!

22:20 Milli komanda 255
Millimizin oyunçusu 0:2-yə görə bu şəxsi günahlandırdı!

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində keçirdiyi 5-ci oyunda 4-cü məğlubiyyətini aldı.

Ayxan Abbasovun yığmanın “sükanı” arxasına keçməsindən sonra ölkənin bir nömrəli futbol komandasının İslandiya ilə Bakıdakı qarşılaşmadan azı 1 xalla ayrılacağını gözləyənlər gümanında yanıldı.

İkinci hissədə xoş təsir bağışlayan seçməmiz ilk hissədə buraxdığı 2 qol hesabına meydanı yenik tərk etdi – 0:2.

Oyundan sonra Sportinfo.az-a açıqlama verən yarımmüdafiəçi Anatoli Nuriyev yenilginin səbəblərini göstərib:

“İslandiya çox yaxşı, keyfiyyətli komandadır, bunu etiraf etməliyik. Fransa ilə heç-heçə edib, səfərdə 1:2 uduzub.

Bu, onların səviyyəsindən xəbər verir. Adlı-sanlı liqalarda oynamaq futbolçunun keyfiyyətini artırır.

Ona görə də meydanda özlərini rahat hiss edirlər, topla istədikləri kimi davranırlar. Buna baxmayaraq, qələbə qazanmaq istəyirdik.

Yaxşı qol imkanlarımız oldu, xeyrimizə iki penalti verilmədi. Rüfəti cərimə meydançasında yıxanda və top rəqibin əlinə dəyəndə 11 metrlik nöqtəni göstərmək olardı.

Lakin hakim bunları görmədi.Bir qol vursaydıq, oyunun axarı dəyişə bilərdi. P

is oynamadıq, lakin uduzduq. 0:5-in əvəzini çıxmaqla onlara gücümüzü göstərmək istəyirdik. Alınmadı”.

Azərbaycan millisi seçmə mərhələdə sonuncu görüşünü noyabrın 16-da Fransa seçməsinə qarşı keçirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun start fiti saat 21:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti