Azərbaycan millisi dünən DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
D qrupunda yer alan komandamız 5-ci tur çərçivəsində İslandiyanı qəbul edib.
Yığmamız səfərdə 0:5 hesabıyla uduzduğu bu rəqibdən qisas almağa çalışsa da, yenə istəyinə çata bilməyib - 0:2.
Qolları 20-ci dəqiqədə Qyudmyundsson və 39-cu dəqiqədə İnqason vurub.
Bu nəticədən sonra xalların sayını 7-yə çatdıran İslandiya qrupda ikinci yerə qalxıb. Azərbaycan 1 xalla sonuncu - dördüncü yerdədir.
Qeydə alınan nəticə və sərgilənən futbol AFFA rəhbərliyində məyusluq yaradıb. Bununla belə, rəsmilər matçıdan sonra Ayxan Abbasov mənəvi dəstək verib.
Federasiya mənsubları heyətdəki problemlərin məğlubiyyətə təsir etməsinə anlayışla yanaşıb, baş məşqçiyə komandanı Fransa ilə qarşıdakı oyuna sakit şəkildə hazırlamağı ğapşırıb.
Yəni ki, təşviş hissi keçirməyə gərək yoxdur, yalnız irəli baxmaq lazımdır.
SPORTİNFO.AZ

